İrəvanda türk və azərbaycanlı dövlət xadimlərinə qarşı terror aktları həyata keçirən ermənilər üçün "Nemezis" adlı abidə qoyulması qardaş Türkiyənin də haqlı narazılığına səbəb olub. Bəzi erməni mətbuatı belə bir açıqlama vermişdi ki, hava yollarının açılması üçün sözügedən abidədə bəzi dəyişikliklər edilməsi barədə müxtəlif fikirlər səslənməkdədir. Bu gün "Hraparak"da ""Nemezis" abidəsində montaj edilməsi istisnadır" başlıqlı məqalə dərc olunub. Qeyd olunur ki, İrəvan şəhərinin vitse-meri Tiqran Avinyan bu məsələnin gündəmdə olmadığını bildirib və əlavə edib ki, sözügedən abidənin vətəndaşların istəyi ilə 2021-ci ildə qoyulması barədə meriyaya qərar olunub.
Bu hökumətin deyil, məhz yerli idarəetmə orqanının mülkiyyəti hesab olunduğuna görə hökumət abidə ilə bağlı hər hansı qərarı qəbul edə bilməz.
T.Avinyan Türkiyənin xarici işlər naziri M.Çavuşoğlunun da sözügedən abidə barədə dediklərini diqqətə çatdırıb və müsahibəsində bir neçə dəfə abidənin nə söküləcəyini, nə də montaj ediləcəyini bildirib.
N.Qaramanlı