05.02.2025, 21:46
AZ EN
29.04.2024, 10:37 293

"Vətəndaş günü" qara günə döndü

XƏBƏRLƏR
  • Ermənistan mediasına istinadən xəbər vermişdik ki, 2018-ci ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra iqtidarda olan "Vətəndaş müqaviləsi" partiyasının təşəbbüsü və hakimiyyətin qərarı ilə hər il aprelin sonuncu şənbəsi "Vətəndaş günü" kimi qeyd olunur. Həmin gün əyləncəli gəzintilər olur, konsertlər təşkil edilir.

Bu il də belə tədbirlərin keçirilməsi nəzərdə tutulsa da reallıq tam başqa olub. Belə ki, həm müxtəlif media qurumlarının, həm də FB-dakı paylaşımlara görə aprelin 27-də İrəvanın müxtəlif sahələrində hökumət əleyhinə aksiyalar keçirilib. Şəhərin küçələrinə isə səhər tezdən "Susun, qoy təslim etsinlər", "Hər şeyi verək, dinc yaşayaq", "Maneə olmayın, qoy təhvil verilsin" və s. sözlər yazılmış lövhələr vurulub. Hökümət üzvləri tərəfindən təşkil edilən gəzinti və konsertlər isə bir qrup sakin tərəfindən fitə basılıb. FB istifadəçilərindən N.Alaverdyan isə yazıb ki, 27 aprel "Vətəndaş günü" deyil, vətəndaşın qara günüdür.

N.Qaramanlı

Oxşar xəbərlər