09.06.2025, 21:17
AZ EN
21.04.2025, 15:54 229

Ermənistan parlamentində söz davası

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin bu gün keçirilən iclasında gərgin anlar yaşanıb. Müxalifət partiyasının nümayəndələri ilə spiker Alen Simonyan arasında baş verən söz atışmasından sonra ikincinin ünvanına hədə-qorxu dolu ifadələr səslənib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Paşinyan hakimiyyətinə qarşı müxalifdə olan “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan parlamentin tribunasında çıxışı zamanı zala müraciət edərək “Oktyabrın 27-nə qədər hansı media Vazgen Sərkisyana qarşı təbliğat aparırdı?” soruşub. deputatlardan birinin ona cavab olaraq “Daşnaksütyun” söyləməsi gərginliyə səsbəb olub. Belə ki, Qeqam Manukyanın yenidən üzünü zala tutaraq “Bunu kim dedi?” söyləməsinə deputatlardan biri yenə də "Mən" deyə dillənib. Manukyan isə səsinin tonunu qaldıraraq: “Gedin başınızı divara vurun, “Haykakan Jamanak”, Nikol Paşinyan...”

Daha sonra deputat onun çıxışına təpki göstərən parlamentin sədrini hədəyib. Spikeri Alen Simonyan müxalifətçi deputata sərt cavab verib: "Nə burada, nə də başqa yerdə məni hədələməyə heç kəsin cürəti çatmaz. Siz hər dəfə yalan danışanda “gedin başınızı divara vurun” desəm, bir baş da qalmazdı. Çünki siz çox yalkanlar danışırsınız, siyasi mədəniyyət çox aşağıdır, biliyiniz isə normal müzakirə aparmağa imkan vermir. Bunun əvəzində təhqirlər yağdıreırsınız, siz parlamentin iclaslarında vəziyyəti gərginlik yaratmaq üzrə çempionsunuz. İndi məni hədələyirsiniz? Gedin hamınız başınızı divara vurun, kimin cürəti çatar məni hədələməyə?!”.

Elxan SALAHOV

Oxşar xəbərlər