08.06.2025, 19:57
AZ EN
02.02.2024, 14:23 389

Parlament sədrinin qardaşı arvadı da həbs olunub

XƏBƏRLƏR

Ermənistan KİV-ləri xəbər yayıb ki, parlamentin sədri Alen Simonyanın qardaşı arvadı da həbs olunub. Müxalif mətbuatı yazır ki, bu hansısa qanunsuzluqla bağlı deyil, əksinə Simonyanlarla öncədən razılaşdırılmış olaydır. Belə ki, son vaxtlar həbs olunanlar arasında qadınlar da var və bu cəmiyyətdə birmənalı qarşılanmır. "Hraparak" yazıb ki, bu həbslə iqtidar həm də divident qazanır. Belə ki, Paşinyan deyəcək ki, qanunun aliliyini daim yüksək tutduğuna görə hətta öz partiyasından olan parlament sədrinin yaxın qohumu da məsuliyyətə cəlb olunub. Bütün bunların siyasi şou olduğunu vurğulayan müxalif yazarlar əminliklə əlavə edirlər ki, həmin xanım istintaq kamerasında deyil, o yalnız ərinə və qaynanaya məlum olan yerdə yenə öz istirahətindədir.

Bəlkə, düz deyirlər.

N.Qaramanlı

Oxşar xəbərlər