Koçaryan və Sarkisyanın Ermənistanın gələcəyinə ciddi təhlükə yaratdığını vurğulayan jurnalist belə bir qəribə ifadə də səsləndirib ki, onların ikisi də hayların Qarabağı boşaltmasını təşkil edənlərdəndir. Məqsəd isə özlərinin sosial bazalarını gücləndirib aksiyalar keçirmək və iqtidarın istefasına nail olub hakimiyyəti qamarlamaqdır. Qarabağdan köçən ermənilər qeydiyyata alınarkən Azərbaycan dilini yaxşı bilənlərin ayrıca siyahıya alınmasının da müxalifətin təşəbbüsü ilə baş verdiyini etibarlı mənbədən öyrəndiyini bildirən N.İspiryan sonda ironiya ilə deyib ki, Qarabağdan gələn haylar hakimiyyətə gələcəkləri təqdirdə dövlət dili Azərbaycan dili olacaq, paytaxt isə İrəvan adlanacaq.
N.Qaramanlı