23.11.2024, 04:25
AZ EN
17.01.2024, 14:16 280

Erməni deputat reallığı görmür

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü yayımında müxbirin suallarını cavablandıran "Şərəfim var" fraksiyasının rəhbəri, respublika partiyasının üzvü, Qarabağ kökənli Hayk Mamicanyan Müzəffər Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin yerli telekanallarda İrəvanın və digər yerlərin qədim Azərbaycan torpaqları olduğunu və ermənilərin orada havadarlarının əli ilə özlərinə marionet dövlət yaratmalarını və s. bildirməsinə sözün həqiqi mənasında şərəfsiz münasibət sərgiləyib. O, qorxaqcasına belə bir fikir də vurğulayıb ki, guya Azərbaycan özü sülh tərəfdarı deyil və gələcəkdə Ermənistana məxsus bir çox əraziləri də tutmağa hazırlaşır.

Paşinyanın mövqeyinə də sağlam düşüncə ilə deyil, məhz kreslo hərisi kimi münasibət sərgiləyən bu deputat baş naziri "duxlu oğlan" deyil “duşlu oğlan” adlandırıb və deyib ki, o, soyuq duş altında nə qədər qalsa da ağlı başına gəlməyəcək.

Bi məqamda bir olayı qeyd etmək yerinə düşür: ötən ilin mayında Nikol Paşinyan Ermənistan parlamentində çıxış edərkən Verdiyan soyadlı bir müxalifətçi qadın və həmin bu Mamicanyan onu satqınçılıqda, türk olmaqda günahlandırarkən baş nazir ona demişdi ki, deyirsiniz ki, şərəfim var, amma yalandır, sizlər şərəfsizsiniz və məni isə bu vəzifəyə şərəfi olanlar gətirib.

H. Mamicanyan "Hraparak"da yeni işə başlayan Karen Kərimyan adlı jurnalistin ölkədə növbədənkənar seçkilərin olub-olmayacağı barədə sualını da özünəxas utopiya ilə cavablandırıb. Deyib ki, hakimiyyət bunun marağında deyil, çünki səs toplamaq gücünü itirib. Onun fikrincə, növbədənkənar seçki olsa hakimiyyətə gələcəklər. Erməni cəmiyyətində isə seçicilərin əksəriyyəti "Qarabağ klanı"nın  birdəfəlik ləğvini istəyir ki, onlara görə övladları həlak olmasın.

N.Qaramanlı

Oxşar xəbərlər