04.02.2025, 16:48
AZ EN
04.02.2025, 10:15 225

Hay iqtidarı yeni cinayətkar tapıb

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü paylaşımında göstərilib ki, 2023- cü ildəki antiterror əməliyyatından sonra sentyabrın 25-də Xankəndidəki yanacaq anbarında baş verən partlayış nəticəsində haylar ərazini tam boşaltmağa başladılar və onlar Ermənistana gəldilər. Partlayışla bağlı müxtəlif versiyalar irəli sürülməkdə davam edir. O,da vurğulanır ki, partlayışda əsas müqəssir separatçı qurumun "müdafiə ordusu" deyilən qanadının son rəhbəri Kami Vartanyandır.

Xatırladılır ki, o, bu "vəzifəyə" 2020-ci ildəki müharibədən sonra -  2021-ci ilin sentyabrında təyin olunmuşdu. Amma o, mövcud hərbi qaydalara əməl etməyəcək "hərbi hissənin" yerləşdiyi ərazidə yanacaq anbarının başqa yerə dəyişdirilməsini təşkil etməyib və orada səbəbi hələ də aydınlaşacaq partlayış baş verib, Kamo Vartanyan barədə isə cinayət işi açılıb. Agentliyin müxbiri istintaq prosesinin gedişi ilə bağlı Ermənistanın baş prokurorluğuna sorğu göndərib. Baş prokurorluq isə yazılı cavabında bildirib ki, hadisə yerinə (yəni Xankındinə-N.Q) giriş mümkün olmadığına orada yoxlama aparmaq mümkün deyil və barələrində istintaq əməliyyatı gedənlərin nə vaxt sərbəst buraxılacaqları məlum deyil.

N.Qaramanlı

Oxşar xəbərlər