"Hraparak" yazır ki, o, Zəngəzurda son dəfə iki il əvvəl keçirilən parlament seçkiləri öncəsi olub və yenidən baş nazir seçildikdən sonra ora dəfələrlə dəvət olunsa da sözügedən bölgəyə getməyib. Bunu həm laqeydlik, həm də bəzi radikalların təbirincə qorxaqlıq kimi hallandıran agentlik bildirir ki, N.Paşinyan avqustun 19-da Qafanın, 20-də isə Kacaranın şəhər günündə iştirak edəcək və bununla bağlı hazırlıq işləri aparılır. "Lurer.com"un yazdığına görə isə Baş nazirin Qafanda iran konsulunu qəbul edəcəyi və bölgədəki hərbçilərlə görüşəcəyi də istisna deyil.
N.Qaramanlı