27.07.2024, 13:15
AZ EN
17.04.2024, 09:53 213

Görüşün vaxtı dəqiqləşməyib

XƏBƏRLƏR
  • Türkiyə və Ermənistan arasındakı münasibətlərin nizama salınması üçün təyin edilmiş xüsusi nümayəndələr - Sərdar Qılıncla Ruben Rubinyanın növbəti görüşünün Türkiyə diplomatının istəyi ilə İrəvanda keçiriləcəyi qərara alınsa da bunun vaxtı hələ də müəyyənləşməyib.

"Hraparak"ın müxbiri məsələ ilə bağlı Ermənistanın xarici işlər nazirliyinə müraciət edib. Ona bildirilib ki, Sərdar Qılıcın İrəvana səfərinin vaxtı bu günlərdə açıqlanacaq. Ruben Rubinyanla həm təkbətək, həm də digər rəsmilərlə görüşdə ölkələr arasındakı münasibətlərin nizama salınması müzakirə ediləcək. Mənbə əlavə edib ki, hər iki dövlətin öz marağı var və bəzi məsələlərdə bu maraqlar üst-üstə düşmədiyinə görə görüşün vaxtı dəqiqləşməyib.

Görünür, haylar həmişə olduğu kimi, indi də verdikləri sözün sahibi olmaq istəmirlər.

N.Qaramanlı

Oxşar xəbərlər