Belə ki, sözügedən deputatın atası Vaçik Sağatelyana qarşı cinayət işi açılıb və hazırda istintaq gedir. İ.Sağatelyan jurnalistlərə bildirib ki, ailəsi daim təqib edilir. Onun qardaşları Nairi və Qurgen barədə də cinayət işi başlayıb. Qardaşları müxalifətin aksiyasında iqtidar tərəfdarı olan vətəndaşı döyməkdə suçlayırlar. Bu yaxınlarda isə Sağatelyanın bacısının əri heç bir əsas göstərilmədən Sevan kollecinin direktoru vəzifəsindən azad edilib.
Xatırladaq ki, İşxan Sağatelyan iki il öncə parlament sədrinin müxalifətdən olan müavini idi. O, 2022-ci ilin martından sentyabrın ortalarınadək davam edən etiraz aksiyasına rəhbərlik edirdi və parlamentin iclaslarında iştirak etmirdi. Ona görə də o səs çoxluğu ilə spikerin müavini vəzifəsindən azad edilmişdi...
N.Qaramanlı