09.05.2025, 08:22
AZ EN
05.12.2023, 10:06 360

Baş direktor: “Ermənistandakı AES-in bağlanması ilə bağlı plan yoxdur”

XƏBƏRLƏR
  • “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması üçün addım atmaq niyyətində deyil”.

Bunu AEBA-nın Baş direktoru Rafael Qrossi bildirib.

“Atom Elektrik Stansiyası ilə bağlı hər hansı məsələ ortaya çıxarsa, biz dərhal Ermənistan hökumətinə məlumat verəcək, ilk olaraq problemin olduğunu və müəyyən tədbirlər görülməli olduğunu söyləyəcəyik. Amma hələlik onun fəaliyyətinin davam etdiriləcəyinə əminik”, - o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan AES-in təhlükəsizliyini gücləndirmək üçün AEBA ilə əməkdaşlığı davam etdirir.

Qeyd edək ki, bu stansiya Türkiyədən 16 kilometr məsafədə yerləşir. Stansiya 1969-1977-ci illərdə Ermənistan SSR ərazisində Metsamor şəhəri yaxınlığında tikilib. (Report)

Oxşar xəbərlər