07.06.2025, 23:13
AZ EN
27.02.2025, 11:16 209

Hakim partiyadan olan deputatlar "soyqırımı" bəyanatına imza atmayıb

XƏBƏRLƏR
  • Hayastan parlamentindəki müxalif deputat Hayk Mamicanyan yazıb ki, dünən, fevralın 26-da İrəvanda keçirilən Hayastan-Avropa İttifaqı məşvərət şurasının 4-cü iclasında müzakirə edilən məsələlərdən biri  Türkiyədəki "soyqırımın" tanınması barədə olub.

Baş nazir Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasından olan deputatlar isə belə bir ifadənin əleyhinə səs verərək 2015-ci ildə Avropa demokrat partiyasının qəbul etdiyi layihədən "erməni soyqırımı" ifadəsinin çıxarılmasını istəyiblər. Bu xəbəri paylaşan "Hraparak"ın şərhində isə bu prosesin Nikol Paşinyanın birbaşa göstərişi ilə baş verdiyi vurğulanır.

Xatırladaq ki, Nikol Paşinyan "Haykakan jamanak" qəzetində redaktor işləyərkən 1988-ci ildə Sumqayıtda, 1915-ci ildə isə Osmanlıda "soyqırımı" olmadığını, bu ifadənin haylara heç bir dividend gətirmədiyini vurğulamışdı.

Nəsib Qaramanlı

Oxşar xəbərlər