22.11.2024, 04:09
AZ EN
03.05.2023, 10:26 259

Ermənilər müharibənin nəticələrini müzakirə edir

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin bu günkü iclasında müzakirəyə 16 məsələ çıxarılıb.

Öncə Ermənistan prokurorluğunun 2022-ci ildəki fəaliyyəti, 2020-ci il sentyabrın 27-də başlayan və Ermənistanın məğlubiyyəti ilə nəticələnən müharibə barədə məruzələr dinləniləcək.

Ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün görüləcək işlər, Ermənistan cinayət məcəlləsində, əmək qanununda əlavə və dəyişiklər edilməsi məsələsi də bu günkü iclasında gündəliyindədir.

"Hraparak"ın  müxbiri Karen Martirosyanın yazdığına görə, parlamentin sədri Alen Simonyan bu gün Türkiyəyə yola düşəcəyi üçün iclası birinci vitse-spiker aparır.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR