Xəbəri paylaşan "Hraparak" əlavə edib ki, bu günkü iclasda son siyasi olaylar barədə razılıqla danışan baş nazir əhalinin xeyli hissəsinin, xüsusilə müxalifətin və iş adamlarının narazılığına səbəb olan ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədi barədə fikirlərini bildirərkən isə bu sənədin guya hayların xeyrinə olduğunu açıqlayıb. Erməni ailələrində zorakılığın getdikcə artdığını, nəticədə isə uşaqların təhsildən məhrum qalmasını xatırladan baş nazir adəti üzrə Azərbaycanın ünvanına növbəti əsassız fikirlər də səsləndirib. Bu baxımdan vurğu ilə deməyə əsas var ki, hay hökuməti və onun hərdəmxəyal başçısı öz ailələrindəki problemlərin həlli ilə məşğul olsalar daha yaxşıdır. Yoxsa, bütün hay ailələrində əxlaqsızlıq baş alıb gedəcək və nənələri Anahiddən qalma yaşam tərzləri ilə dünyada birincilik əldə edərək Fransa və İranı geridə qoyacaqlar.
Nəsib