02.08.2025, 04:48
AZ EN
18.04.2024, 12:03 454

Xeyrimli kəndi də işğaldan azad olunacaq

XƏBƏRLƏR

Aprelin 17-də Əskiparadakı görüşdən sonra Xeyrimliyə gələn baş nazir Nikol Paşinyan orada qanunsuz məskunlaşmış ermənilərlə söhbət zamanı deyib ki, bu kənd də Azərbaycana məxsusdur və öz sahibinə qaytarılması nəzərdə tutulub. Hayların Kiranc adlandırdığı rayonun başçısı Kamo Şahinyan "Hraparak"ın müxbiri ilə söhbətində bildirib ki, N.Paşinyanın bu açıqlaması narazılıqla qarşılansa da Xeyrimlinin boşaldılması baş tutacaqdır. İndi burada məskunlaşanlar isə haraya gedəcəklərini müzakirə etməkdədir. O, sonda əlavə edib ki, əgər sülh təmin olunmasa, təhlükə ilə üzləşəcəklər. Həqiqət isə belədir ki, sülh prosesinə həmişə məhz ermənilər maneə olublar və bu, indi də davam edir.

N.Qaramanlı

Oxşar xəbərlər