21.06.2025, 14:23
AZ EN
21.06.2025, 08:52 248

Ermənistan bankının müştərilərinə qəribə sualla mesaj gəlib

XƏBƏRLƏR
  • Ermənistanın "Ardşinbank" bankının müştərilərinə saç düzümü ilə bağlı qəribə mesaj gəlib.

"Sputnik Ermənistan"ın  verdiyi məlumata görə, bank Android əməliyyat sistemi ilə çalışan smartfona malik müştərilərə "Qardaş, niyə keçəlsən?" mesajı göndərib.

Qurum bildirişin sınaq xarakteri daşıdığını, lakin mobil proqramdakı nasazlıq nəticəsində istifadəçilərə göndərildiyini açıqlayıb.

Günel QULİYEVA

Oxşar xəbərlər