Marianna Qəhrəmanyanın "Hraparak" da yayılmış məqaləsini oxuduqca Sabiq baş nazir Hrant Bağratyanın təkcə beynəlxalq qanunlardan deyil, həm də adi düşüncə tərzindən məhrum olduğu aydın olur. Hakimiyyətə iddialı olan Sabiq baş nazir deyib ki, Nikol Paşinyan Əskiparada və digər kəndlərdə məskunlaşmış haylarla görüşlərində hər şeyin yaxşı olacağını vəd edərək onların başının altına "yumşaq yastıq" qoyub. N.Paşinyanı rişxəndlə "Dankonun ürəyi" adlandıran Sabiq baş nazir belə bir gülməli fikir vurğulayıb ki, Qazaxın işğal olunmuş ərazilərinin geri qaytarılması üçün Azərbaycan haylara "kompensasiya" ödəməlidir. Sağlam məntiqə sığmayan bu fikir məqalə müəllifi tərəfindən düzgün hesab olunsa da beynəlxalq təşkilatların qəbul etdikləri qanunlar baxımından da səhvdir. Məlum olduğu kimi həmin ərazilər Azərbaycanın suveren əraziləridir və 30 ildən çoxdur ki, istismar olunduğuna görə ermənilər Azərbaycana cərimə ödəməyə borcludur.
N.Qaramanlı