21.11.2024, 20:11
AZ EN
07.07.2023, 19:37 217

Ermənistan yenə MƏĞLUB OLDU - İrəvan bu dəfə də Avropadan başıaşağı ayrıldı

XƏBƏRLƏR
  • BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Laçın nəzarət-buraxılış məntəqəsinin qeyri-qanuniliyinə və Azərbaycan Respublikasının bütün silahlı şəxslərinin Laçın yolundan çıxarılması tələbinə dair rəsmi İrəvanın vəsatətini rədd etməsi, mövzu ətrafında fasiləsiz və genişmiqyaslı yalan və böhtan kampaniyası aparan Ermənistanın və himayəçilərinin, eləcə də erməni diasporu və lobbisinin növbəti acı məğlubiyyəti, Azərbaycanın növbəti uğuru, milli iradənin, haqqın, ədalətin təntənəsidir.

Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, bununla da Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Laçın yolu və erməni əsilli şəxslərin də məskunlaşdığı yaşayış məntəqələri də daxil olmaqla beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suveren hüquqlarını tanıdığını rəsmən bəyan etmiş, Ermənistanın və bu ölkənin təhrikçi himayədarlarının beynəlxalq ictimaiyyətin çaşdırılmasına, həqiqətin təhrif edilməsinə xidmət edən manipulyasiyalarına hüquqi nida işarəsi qoymuşdur.

“Məlum olduğu kimi Beynəlxalq Ədalət Məhkəməsinin qərarları president hüququna malik olduğundan və etibarlı, mötəbər beynəlxalq hüquqi sənəd sayıldığından BMT üzvü olan dövlətlər və beynəlxalq təşkilatlar bu qərarları öz siyasətlərində və qərarlarında nəzərə almalıdırlar. Beynəlxalq Ədalət Məhkəməsinin qərarları BMT Nizamnaməsi və digər beynəlxalq sənədlərlə yanaşı, beynəlxalq davranışlar üçün əsas president rolunu oynayır.

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Hüquq Komissiyası kimi beynəlxalq hüququn təkmilləşdirilməsi ilə məşğul olan orqanlar yeni sənədlər hazırlayarkən əksər hallarda Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına istinad edirlər. Məhz bu baxımdan, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın vəsatətini rədd etməsi, gələcəkdə də rəsmi İrəvanın Laçın yolu ilə bağlı əsassız iddialarını gerçəkləşdirmək üçün göstərəcəyi səylərin üzərindən xətt çəkir”, - deyə o qeyd edib.

Siyasi şərhçi bildirib ki, məhkəmənin qərarı hüquqi müstəvidə təsdiq edir ki, Ermənistanla şərti dövlət sərhədlərində sərhəd-buraxılış məntəqələri qurmaq Azərbaycanın suveren hüququdur, üçüncü tərəflərin bu prosesə hər hansı bir formada müdaxilə etmək səlahiyyətləri yoxdur.

“Bu o deməkdir ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın sərhəd-buraxılış məntəqəsi, silahlı qüvvələr və təhlükəsizlik mexanizmləri vasitəsilə Laçın yoluna tam nəzarəti həyata keçirmək hüququna malik olduğunu qəbul edir, rəsmi Bakının Laçın yolundan öz silahlı qüvvələrini çıxarmağa dair beynəlxalq hüquq əsasında hər hansı bir öhdəliyə malik olmadığını təsdiqləyir və təbii ki, Ermənistanın bununla bağlı iddialarını əsassız sayır.

Bəlli olduğu kimi, Ermənistan üçün Laçın yolu Azərbaycan ərazilərində yaşayan ermənilərlə komminikasiya üçün ən sonuncu əhəmiyyətə malikdir. Bu yol Ermənistanın Azərbaycan ərazilərində separatçı meylləri stimullaşdırmaq, qanunsuz hərbi birləşmələrin mövcudluğunu təmin etməkvə Azərbaycana qarşı ərazi iddialarını, ən müxtəlif adlar altında davam etdirmək üçün əsas vasitədir.

Ermənistan üçün Laçın yolu separatizm, terrorizm, münaqişə, təcavüz, qəsbkarlıq, Qarabağın Azərbaycandan qopardılması üçün təbii nəfəslik deməkdir.

Bu baxımdan, Benəlxalq Ədalət Məhkəməsinin qərarı, eyni zamanda Ermənistanın 1988-ci ildə başdalığı “Miatsyum” layihəsinin beynəlxalq səviyyədə iflasa uğraması kimi də qəbul etmək olar.

Cənab Prezidentin bu il, mayın 28-də, Laçında bu rayondan olan görüşündə bəyan etdiyi kimi “Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”. ("Trend")

Oxşar xəbərlər