09.06.2025, 08:18
AZ EN
19.08.2024, 12:50 317

Şərəfsiz şərəfdən danışır

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının üzvü Tiqran Abrahamyan bu günkü məqaləsini də Azərbaycanın və baş nazir Nikol Paşinyanın ünvanına reallıqla bir araya sığmayan ifadələrlə başlayıb.

Yazıb ki, ötən il separatçı rejim Ermənistan hakimiyyətindən lazımi hərbi, siyasi dəstək almayıb və buna səbəb guya Nikol Paşinyanın Azərbaycana verdiyi vəd olub. Separatçıların bir günlük antiterror əməliyyatları öncəsi dəfələrlə etdiyi müraciət isə cavabsız qalıb. Əsgərlərin yeməyə heç nəyinin olmadığını xüsusi qabardan deputat onların talançılıqla məşğul olduğunu isə bəlkə, özü də dərk etmədən açıqlayıb. Bildirib ki, onlar yaxınlıqda yaşayan ermənilərin evlərindən, həyətlərindən dəfələrlə oğurluq ediblər və bununla bağlı şikayət edənlərə silahla hədə-qorxu gəliblər.

"Komandirlər"in ac əsgərlərə çörəyi çox baha qiymətə satdığını təəssüflə vurğulayan deputat bu işdə də Nikol Paşinyanı müqəssir hesab edir və deyir ki, o, şərəfsizliyini bu gün də davam etdirir.

Bütün çıxışlarını müharibəyə çağırışla bitirən Tiqran bu dəfə də ənənəsinə sadiq olduğunu vurğulayıb. Deyib ki, şərəfsiz yaşamaq olmaz. Ona görə də hakimiyyəti istefaya göndərib yeni siyasi kurs götürmək lazımdır. Onun dediyinə görə yeni siyasi kurs yeni müharibəyə hazırlıq üzərində qurulmalıdır. Görünən isə odur ki, şərəfin nə olduğunu bilməyən revanşçı daim şərəfdən danışır.

N.Qaramanlı

Oxşar xəbərlər