"Vətən səsi" xəbər verir ki, bu barədə “Army Recognition” müdafiə xəbər platforması Cənubi Koreyanın “Çoson Biz” nəşrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, Ermənistanın müdafiə naziri sentyabrın 9-u və 10-da Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş süni intellektlə bağlı yüksək səviyyəli görüşdə iştirak edib və Cənubi Koreyanın tədarükü ilə bağlı danışıqlara başlayıb. O, Koreya silahları, xüsusən də "Qara panter" kimi tanınan K2 tanklarına xüsusi maraq göstərib.
Cənubi Koreya ordusunun istifadə etdiyi K2 döyüş tankı xüsusi effektiv və dağ şəraiti üçün uyğun olan qabaqcıl texnologiya ilə təchiz edilib.
Xatırladaq ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 8-də Cənubi Koreyaya işgüzar səfərdə olub. Bundan bir neçə gün əvvəl isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cənubi Koreyaya səfər edərək silah alışı məsələlərinə dair bir sıra görüşlər keçirib.
Elxan SALAHOV