O, darıxmasının səbəbini açıqlamasa da nəyə görə təəssüfləndiyini barədə maraqlı ifadələr işlədib. Deyib ki, baş nazir Nikol Paşinyan vaxtilə Xankəndidə "arsax ermənistandır və nöqtə" deyəndə hamı onun cəsarətli adam olduğu təbliğatına inanırdı. Həmin ifadənin Ermənistan üçün yaxşı heç nə verməyəcəyini hələ o vaxt vurğuladığını xatırladan Naira əlavə edib ki, o, bu barədə fikirlərini iclaslararası fasilədə Azərbaycan nümayəndələrinə də bildirib. Qərbi Azərbaycan barədə Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərə münasibəti soruşulan sabiq deputat deyib ki, Azərbaycanın dövlət başçısı dediyini həyata keçirən praqmatik siyasətçidir. Məhz bunun nəticəsidir ki, Nikol Paşinyan Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə suallara cavabdan daim yayınmağa çalışır. O, hətta öz partiyasındakı yaxınlarına belə deyib: "Biz Qərbi Ermənistan ifadəsini o qədər ucuzlaşdırdıq ki, axırda Qərbi Azərbaycan ideologiyası yarandı və indi bunun ağrısını çəkirik". Naira Zohrabyan müsahibəsində belə deyib.
Ermənistan hökumətinin bundan sonra da heç bir problemi həll edə bilməyəcəyini xüsusi vurğulayan sadiq deputat sonda bildirib ki, belə davam edərsə, baş nazir - "Göyçə və Zəngəzur Azərbaycanın ərazisidir"- deyəcəkdir.
Təki belə olsun!
Nəsib Qaramanlı