23.02.2025, 14:57
AZ EN
18.02.2025, 10:06 266

Ermənilər Qarabağa qayıtmaq şansını itirib

XƏBƏRLƏR
  • "Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ildə bir və ya iki dəfə qış yuxusundan ayılaraq mətbuat konfransı keçirərək Baş nazir Nikol Paşinyanın mövqelərinə zərbə vurmaq məqsədilə onun siyasətini tənqid edir. O, hər mətbuat konfransında Paşinyanın zəif bəndlərini müəyyənləşdirməyə çalışır. Amma bu, Paşinyanı narahat etmir, çünki Köçəryanın erməni cəmiyyətində nüfuzu yoxdur".

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistanın sabiq prezidenti Robert Köçəryanın dünən keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edərkən deyib. Onun sözlərinə görə, Köçəryanın mətbuat konfransında Baş nazir haqqında dedikləri heç erməni cəmiyyətinin özünə də maraqlı deyil. 2023-cü ildə keçirilən antiterror tədbirləri zamanı Qarabağı könüllü tərk edərək Ermənistana köçmüş ermənilərin geri qayıtması barədə deyilənlər isə artıq keçmişdə qalıb: "Oan görə də Rpbert Köçəryanın söylədikləri Baş nazir Nikol Paşinyanı narahat etmir".

Politoloq bildirib ki, Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti Köçəryanın və “silahdaşı” Serj Sərkisyanın olan-qalan reytinqini aşağı salıb: "Hazırda Paşinyanın səsləndirmədiyi və erməni cəmiyyətində Köçəryanın arqumentlərinə qarşı təxminən belə bir fikir formalaşıb ki, “Güclü siyasətçi olduğunuzu iddia edirsinizsə, erməniləri Azərbaycana qarşı üsyana sövq etdiyiniz və siyasi karyeranıza başladığınız Qarabağı qoruyardınız”. Köçəryan və Sərkisyan kimilər on minlərlə insanın ölümünə rəvac verdilər, cinayətlər törətdilər, məqsədləri Qarabağı Ermənistana birləşdirmək idi. Amma reallıqda onların düşündüklərinin tamamamilə tərsi baş verdi, arada iki müharibə oldu və nəticə Azərbaycanın xeyrinədir. Köçəryan son mətbuat konfransında etiraf edib ki, bundan sonra ermənilərin Qarabağa qayıdışı çətindir”.

Xatırladaq ki, Qarabağ münaqişəsinin əsas təşəbbüskarlarından biri olan Ermənistanın 2-ci prezidenti Robert Köçəryan dünın keçirdiyi mətbuat konfransında bəzi məslələrə toxunub. Əli minlərlə azərbaycanlının qanına batan Köçəryan Zəngəzur dəhlizinin açılması və ermənilərin Qarabağa qayıtması perspektivlərindən danışarkən onların geri dönmək ehtimalının olmadığını dilə gətirib: "Bu gün ermənilərin Qarabağa qayıtmasının yeganə yolu 9 noyabr üçtərəfli bəyanatına əməl etməkdir. Əgər Azərbaycan yol deyirsə, deməli bu yol üçtərəfli bəyanatda nəzərdə tutulub. Həmin məsələni danışıqlar prosesinə qaytara biləcəyimiz yeganə yol budur. Amma onların Qarabağa qayıtmaq ehtimalı azdır. İndi elə vəziyyətdəyik ki, kiçik bir imkandan da istifadə etmək lazımdır. Gələcəkdə peşiman olmamaq üçün əlimizə düşən hər bir imkandan yararlanmalıyıq. Bu hakimiyyət Qarabağdan çıxan ermənilərin geri qayıtmasını istəmir. Çünki hesab edir ki, bu, onun həyatını hansısa formada çətinləşdirə bilər. Bir prinsip var: “İnsan yoxdursa, problem də mövcud deyil” İndi biz bu prinsiplə addımlayırıq”.

Elxan SALAHOV

Oxşar xəbərlər