O, Gorusu fransalaşmış şəhər kimi təqdim edərək buradakı məktəblərdə fransız dilinin xarici dil kimi tədrisindən, təkcə məktəblilərin deyil, yaşı 65-dən yuxarı olanların da bu dilə marağından danışıb. Hayları sakitləşdirmək üçün yaltaqlıqla dolu ifadələr işlədən fransız səfir vurğulayıb ki, gələcəkdə Gorusda konsulluq da açmaq niyyətləri var. O, deyib ki, Gorus Hayastanın fransızdilli paytaxtıdır və onun təhlükəsizliyi təmin olunmalıdır.
Bu xəbəri yayan "Hraparak" isə qeyd edib ki, Zəngəzurda yerləşən Gorusda da əhali getdikcə azalmaqdadır.
Nəsib Qaramanlı