20.09.2024, 01:52
AZ EN
14.09.2023, 12:36 294

Ermənilərin beyinləri yuyulub

XƏBƏRLƏR

"Hraparak"ın baş redaktoru Armine Ohanyan bu gün paylaşdığı "Yuyulmuş beyinlər" başlıqlı məqaləsində belə qənaətə gəlib. O, yazır ki, Nikol Paşinyan iqtidara gələndən sonra pensiyaların 3 dəfə, maaşların bir neçə faiz artması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi barədə çox danışılır. Buna əlavə olaraq siyasi dəllalıq da aydın görünür. Nikol iqtidarı xüsusilə son vaxtlar tez-tez deyir ki, 1991-ci ildə Ermənistan "arsaxın" Azərbaycan ərazisi olduğunu bildirib və müvafiq sənədə imza atıb. Günahkarsa sabiq iqtidarların böyükləridir. Ermənistan Azərbaycanın ərazisinin 86,6 min kv olduğunu tanımaqla həm də "arsaxın" Azərbaycana məxsusluğunu sübut edir. Hakim partiyada da məhz belə düşünürlər. Baş yazar daha sonra əlavə edib ki, korrupsiyaya qarşı mübarizə adı altında bir neçə nikolçu işdən azad edilib, amma sonra başqa işə keçib, ya da çirkli pulları "yumaq" üçün ABŞ-a uçub. Amma seçkidə qalib gələn müxalifətçi Mamikon Aslanyan  şərlənərək həbs edilib.

"Müxalif qaynana" ləqəbli bu baş redaktor sadə ermənilərin "beyinlərinin yuyulduğunu" da diqqətdən yayındırmayıb. Vurğulayıb ki, onlar nə istədiklərini özləri də bilmədiklərinə görə həm iqtidarın, həm də müxalifətin mitinqlərinə gələrək ikisinin də çıxışlarına əl çalır.

Hazırda İrəvan meri seçilmək üçün namizədlərin, xüsusilə Paşinyanın komandasının üzvü, baş nazirin sabiq müavini Tiqran Avinyanın mitinqlərində, seçicilərlə görüşlərində eyni hərəkəti edənlərin seçki günü kimə səs verəcəkləri bilinməsə də onların bir neçə sifətə sahib olduğunu da dilə gətirən Armine Ohanyan belə toplumla normal cəmiyyət və dövlət qurmaq mümkün olmadığını vurğulayıb.

Nəsib Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR