02.02.2026, 19:05
AZ EN
23.12.2025, 16:41 123

Erməni keşişlərin həbs dalğası genişlənə bilər

XƏBƏRLƏR
  • Bütün ermənilərin katolikosu II Qareginin yaxın adamları Baş nazir Nikol Paşinyanın göstərişi ilə həbs oluna bilər.

“Vətən səsi” xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Nəşr yazıb ki, baş nazir 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər erməni kilsəsini hökumətə tabe etmək və II Qaregini vəzifəsindən uzaqlaşdırmağı planlaşdırıb.

Ermənistan mətbuatı yazır ki, Nikol Paşinyan kilsə və katolikos məsələlərini nəyin bahasına olur-olsun, həll etmək qərarına gəlib. Baş nazirin bununla bağlı xüsusi planının və göstərişinin olduğu da deyilir. Plana əsasən, paşinyan əvvəlcə yepiskopları öz tərəfinə çəkərək hakimiyyət nümayəndələrinin  kafedrala (Eçmiədzin) girməsinə zəmin yaradır, bundan əvvəl kilsəni II Qareginin adamlarından təmizləmək üçün polisdən istifadə edir və lazım gələrsə, katolikosu diz çökdürmək üçün digər yaxın adamlarını həbs etdirir.

Oda qeyd olunur ki, Paşinyan hökuməti gələn ilin yayında keçiriləcək parlament seçkilərindən əvvəl kilsə ilə bağlı məsələni nəyin bahasına olur-olsun, həll etmək qərarına gəlib. Mənbə Ermənistan Baş nazirinin artıq hüquq-mühafizə orqanlarına müvafiq göstərişi verdiyini bildirib.

Elxan SALAHOV

Oxşar xəbərlər