Aprelin 11-də törətdikləri təxribatın ağrı-acısını çəkən ermənilərin parlamentində hazırda hakimiyyət, o cümlədən müdafiə nazirliyinin, baş qərargahın nümayəndələrinin də iştirakı ilə müzakirələrə başlanılıb. Bunu bildirən "Hraparak" media qrupu əlavə edib ki, iclas qapalı keçir, sədrliyi isə spikerin müavini Ruben Rubinyan edir.
Agentlik onu da bildirib ki, 2020-ci ilin oktyabrından sərhəd qoşunlarının komandanı olan polkovnik Arman Maralçyan tutduğu vəzifədən azad edilib.
Nəsib