15.01.2026, 00:31
AZ EN
13.01.2026, 15:56 210

Paşinyan: Azərbaycandan benzin idxalı bazarımızda yanacağın ucuzlaşmasına səbəb olub

XƏBƏRLƏR
  • Azərbaycandan Ermənistana benzin idxalı ölkə bazarında yanacağın 15 % ucuzlaşmasına səbəb olub.

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

"2025-ci ilin dekabr ayının ortalarından etibarən Ermənistana Azərbaycan istehsalı olan benzin idxal olunmağa başlayıb. Azərbaycandan əsasən "Premium" markalı benzin idxal olunur. Ermənistan bazarında bu növ benzin 15 % ucuzlaşıb (bir litr üçün 510 dram əvəzinə 430 dram)", - o deyib.

Baş nazir qeyd edib ki, iki gün əvvəl Azərbaycandan Ermənistana dizel yanacağı idxal olunub.

"Dizel yanacağı 2 % ucuzlaşıb. "Regular" markalı benzinin qiyməti də dekabrla müqayisədə təxminən 8 % azalıb (11 dekabr tarixinə bu benzin növünün bir litri 500 dram idisə, indi 460 dramdır). Bu, sülh gündəliyinin nəticələri və faydalarıdır", - N.Paşinyan vurğulayıb. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR