21.11.2024, 18:03
AZ EN
03.02.2023, 17:49 199

Avropa İttifaqı yenə yalan yaydı

XƏBƏRLƏR

Məlum olduğu kimi əsasən fransızlardan ibarət olan Avropa müşahidə missiyası 2 ay Ermənistanda qaldıqdan sonra geri qayıtmış və tezliklə hesabat yayacağını bildirmişdi. Fevralın 3-də Ermənistan parlamentində canlı yayımlanan dinləmə zamanı müxalif deputatlarla iqtidar deputat Arsenyan arasındakı qalmaqaldan sonra edilən fasilədə müxalif deputat Mamicanyan jurnalistlərə açıqlamasında bildirib ki, sözügedən missiya Avropa İttifaqına hesabat təqdim edib. Avropa İttifaqı isə belə bir sənəd yayıb ki, guya həmin dövrdə Azərbaycan 15 dəfə atəşkəs rejiminə əməl etməyib və Ermənistanın bir neçə yaşayış məntəqəsini müxtəlif silahlarla atəşə tutub.

Birtərəfli mövqeyi ilə fərqlənən Aİ-nın Ermənistana yeni missiya göndərmək barədə qərarının da məhz hay sevdası ilə qəbul edildiyi və növbəti yalanlara hesablandığı heç kəsə sirr deyil.

Nəsib

Oxşar xəbərlər