Cənab Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Ermənistanın kütləvi sürətdə silahlanmasını nəzərə alaraq biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu rekord həddə çatıb. 8.4 mlrd. manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz bunu məcbur edib bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı həmin bu pulun ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi (Qarabağın Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə).
Bu il hərbi xərclərimiz üçün 8.4 mlrd. Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün 4 mlrd. manat nəzərdə tutulub. Ölkə başçısının da dediyi kimi dövlət büdcəsindən ayrılan vəsaitləri başqa cür bölünə bilərdi. Lakin Ermənistan və onun arxasında duran ölkələr buna imkan vermir.
Erməni politoloqların son çıxışlarına nəzər salsaq görərik ki, onlar daha çox neqativ fikirlər səsləndirirlər. Siyası şərhçilərin sözlərinə görə hazırda erməni dövləti xarici siyasi əlaqələrdə qonağa çevrilib. Bu isə həm siyasi həm də iqtisadi cəhətdən təcrid olunmaq deməkdir.
Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan bildirib ki, Ermənistan üçün müsbət yeniliklər baş vermir. Heç kəs bizimlə danışıq masasına oturmur. Ermənistan xarici siyasi əlaqələrdə qonağa çevrilib. Bu çox ağırdır. Amma bizim vəziyyətimiz ağır olaraq qalmağa davam edir.
Günel QULİYEVA