Sözügedən məqalədə yazılıb ki, 2022-ci il oktyabrın 21-də Qafanda İran İslam Respublikasının baş konsulluğunun açılışından sonra Rusiya Federasiyanın Ermənistandakı səfiri burada öz ölkəsinin də konsulluğunun açılmasını istədiyini diplomatik jestlə ifadə etmişdi. "Joğovurt" qəzetinin əldə etdiyi məlumata görə, Ermənistan hakimiyyətinin müxtəlif pillələrində RF kimi müttəfiq dövlətin də Qafanda konsulluğunun açılması barədə söhbət getdikcə çoxalır.
Qəzetin siyasət şöbəsinin əməkdaşı sözügedən məsələyə aydınlıq gətirmək üçün xarici işlər nazirliyinin səfirliklərlə iş departamentinə müraciət edib və ona bildiriblər ki, Rusiyadan rəsmi müraciəti almayıblar. Bu isə redaksiyann belə bir qənaətə gətirib ki, deməli danışılanlar həqiqətdir və xüsusilə indiki reallıqda Rusiya Zəngəzurda öz konsulluğunu açmaq üçün rəsmi müraciət etməyin vaxtını çox da uzatmayacaq. Bu isə İranın maraqları ilə uyğun deyil.
Nəsib Qaramanlı