Hansı ixtisaslar üzrə təhsilin pulsuz (dövlət hesabına) olacağı barədə bənddə polis akademiyasında da təhsilin müdavimlərin öz hesabına olacağı bildirilir.
Bu prinsipin həm də təhlükəsizlik və xarici kəşfiyyat üzrə təhsil alanlara da şamil edildiyini vurğulayan müəllif əlavə edib ki, bütün bunlar ölkənin onsuzda kövrək olan təhlükəsizlik sisteminə zərbə olacaqdır.
"Ermənistan hakimiyyəti istəmir ki, savadlı polis və təhlükəsizlik əməkdaşları olsun. Heç kəs istəməz ki, ödənişi digər sahələrlə müqayisədə yüksək olan polis akademiyasında pullu təhsil alıb sonra az maaşlı işdə həyatını riskə qoysun"- deyə o, universitetlərdəki təhsil haqlarının da yüksək olduğunu qeyd edib və hakimiyyəti təhsili ödənişsiz etməyə çağırıb.
N.Qaramanlı