24.04.2025, 05:37
AZ EN
01.04.2024, 13:32 244

Paşinyan "Tik Tok"da maraqlı paylaşım edib

XƏBƏRLƏR

Ermənistan mediasının iddia etdiyinə görə, baş nazir Nikol Paşinyan "Tik Tok"da paylaşımlar etməklə də gündəmdə qalır. "Hraparak"ın bu günkü yayımında onun "Ərazi yoxdursa, vətəndaşlıq da yoxdur" başlıqlı paylaşımı da özünə yer alıb. N.Paşinyan belə deyib: "Vətəndaşlıq ərazidən asılıdır. Əgər ərazi varsa, deməli vətəndaşlıq var, ərazi yoxdursa, vətəndaşlıq da yoxdur. Mifik təsəvvürdən deyil, reallıqdan danışırıqsa bu belədir. Hüquq və öhdəlik də ərazi ilə bağlıdır. Hüquq ərazidə fəaliyyət göstərdiyinə görə ərazidən asılıdır. Hər hansı konkret ərazidən ayrı hüquq mövcud ola bilməz... Ümumbəşəri hüquq da ərazidən asılıdır."

Xatırladaq ki, "Hraparak" baş nazirin yuxarıdakı fikirlərinə istinad edərək belə şərh yazıb ki, Qarabağ Ermənistanın ərazi vahidi kimi mövcud deyilsə, deməli oradan köçüb gələnlərin nə vətəndaşlığı, nə də hansısa hüququ yoxdur.

N.Qaramanlı

Oxşar xəbərlər