23.11.2024, 00:21
AZ EN
26.12.2023, 10:19 604

Azərbaycanşünas azərbaycanlılardan qorxur

XƏBƏRLƏR
  • Ermənilərin Azərbaycanda baş verən olaylara daim özlərinin xəstə təxəyyülləri ilə dəyər vermələri, əlbəttə, yenilik deyil. Təəssüf doğuran reallıqdır ki, onların yalanları himayədarları tərəfindən də dəstəklənir və tirajlanır.

Qərbi Azərbaycan İcmasının sədri, sözügedən bölgə barədə sanballı kitablar müəllifi, professor, millət vəkili Əziz Ələkbərlinin dekabrın 24-dəki müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanşünas Tatevik Hayrapetyanın növbəti sayıqlamalarına səbəb olub. Özü Qərbi Azərbaycandan qaçqın olan millət vəkili Ə.Ələkbərlinin - "Biz ermənilərlə yanaşı yaşamağa hazırıq", - fikrindən xoflanan Tatevik Hayrapetyan Arm.NewsNor xəbərlər portalına verdiyi müsahibədə bildirib ki, Ermənistanda heç kim azərbaycanlı ilə qonşu olmaq istəmir və bu, təbiidir. Azərbaycanlıların ünvanına böhtanlar yağdıran bu cavan  qadın erməni dilində də mövcud olan şuhudi keçmiş zaman formasında elə danışır ki, guya bütün hadisələrin canlı şahidi olub.

Azərbaycanın humanist cəhdlərinə deyil, bir günlük lokal antiterror əməliyyatda da diz çökən separatçıların rəhbərlərinin çağırışlarına inanıb  Qarabağı tərk edən ermənilərin geri qayıdaraq muxtariyyət statusu ilə yaşamasını "tələb edən" bu separatçı ünsür daha sonra həyasızcasına vurğulayıb ki, azərbaycanlılar Qarabağda da haylarla qonşu ola bilməzlər. Xəstə təxəyyül məhsulu olan bu fikirlər, əlbəttə, yolverilməzdir və "yersiz gəldi, yerli qaç "məsələnin tam inikasıdır.

Reallıq isə belədir: Azərbaycan güclü, qalib ölkədir və onun tələbləri yerinə yetirilməlidir! Əks halda Müzəffər Ali Baş Komandanımızın sözləri ilə desək, "Dəmir yumruq" yerindədir!

Nəsib Qaramanlı

Oxşar xəbərlər