09.06.2025, 10:24
AZ EN
19.03.2024, 11:15 322

Deputat nazir oldu

XƏBƏRLƏR

İqtisadiyyat nazirliyindəki xüsusi yoxlamadan sonra 4 nəfərin həbs edilməsi, nazirin barəsində isə başqa yerə getməmək şərti ilə istintaq işinə başlanmasından sonra istefa verməsi erməni mətbuatında hələ də müzakirə olunmaqdadır. Bu gün o da məlum olub ki, "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Gevork Papoyan İqtisadiyyat naziri təyin edildiyinə görə parlamentdə onu David Karapetyan əvəz edəcəkdir. Yeni deputat bu gün parlamentdə and içərək öz vəzifəsini ləyaqətlə yerinə yetirəcəyinə söz verdiyini bildirən "Hraparak" daha sonra əlavə edib ki, sabiq İqtisadiyyat nazirinin istefaya məcbur edilməsində həm G.Papoyanın, həm də D.Karapetyanın xüsusi rolu olub.

Göründüyü kimi, haylar bir-birinə quyu qazmaqla da fərqlənirlər.

N.Qaramanlı

Oxşar xəbərlər