22.11.2024, 10:36
AZ EN
09.07.2024, 15:19 271

Antirus çılğınlıq artır

XƏBƏRLƏR
  • Serip Marutyanın bu gün "Hraparak"da yayılmış məqaləsində Ermənistanda Rusiya əleyhinə çılğın meyllərin təkcə mətbuatda, ədəbiyyatda deyil, həm də arxitektura və memarlıq sahəsində də  özünü aydın şəkildə göstərdiyi bildirilir. Qeyd olunub ki, Rusiyada yaşayan ermənilər milyarder, "Tahirə qrup" cəmiyyətinin sahibi Samvel Karapetyan Gümrüdə 7 mərtəbəli çoxmənzilli elitar bina tikmək arzusunda olduğu barədə "Aravot" qəzetinə açıqlama verdikdən sonra müəyyən narazılıq yaranıb.

Gümrünün baş arxitektoru Henrix Qasparyan isə sözügedən binanın layihəsini geri qaytararaq onun yenidən işlənməsini tələb edib. Müəllif əlavə edib ki, buna səbəb layihənin rus arxitekturası əsasında işlənib hazırlanması  olub. Tapşırılıb ki, layihə Gümrünün arxitektura şəbəkəsinə uyğun hazırlanmalı, "binada heç bir rus əlaməti olmamalıdır"- deyə, açıqlama verən şəhər rəhbərliyi rus şəhərsalma mədəniyyətinin təsirindən uzaq durmağın vaxtının çoxdan öldüyünü də açıqlayıb. Deyiblər ki, rus arxitektura sənəti hələ də sovet ideyalarının təsiri altındadır və bu bölgəyə yaxın buraxılmamalıdır.

Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası Gümrüdə yerləşir və həmin şəhərdə antirus etirazlar digər bölgələrlə müqayisədə daha çoxdur. Bir neçə il öncə rus əsgərin bir erməni ailəsinin 6 üzvünü öldürməsindən sonra isə ruslara qarşı münasibət daha da kəskinləşib.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR