10.01.2025, 22:54
AZ EN
10.01.2025, 15:50 112

Ermənistan populizmə üstünlük verir

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Vaxtanq Siradeğyanın bu gün paylaşılmış "Populizmin yeni qələbəsi" başlıqlı məqaləsində Ermənistan hökumətinin Avropa İttifaqına üzv olması üçün yanvarın 9-da təsdiqlədiyi qanun layihəsi barədə fikirlərini açıqlayıb.

O, yazıb ki, Paşinyan və komandası dövləti müasir tələblərə uyğun deyil, məhz populist ifadələrlə idarə etməyə öyrəşib. Avropa ittifaqına üzvlükdən ölkəyə yalnız xələl gələcəyinə inanan müəllif iddia edir ki, bu ziyanın əsas zərbəsini Rusiya vuracaqdır. Ermənistanın həm KTMT, MDB, həm də Avropa İttifaqının tərkibində olmasının siyasi əməkdaşlıq baxımından bir əldə iki qarpız tutulması ilə eyniləşdirən müəllifin gəldiyi qənaətə görə ölkənin başının üstünü kəsmiş fəlakətdən qurtulmağın düzgün yolu iqtidarın populizmdən əl çəkib istefaya getməsidir.

N.Qaramanlı

Oxşar xəbərlər