27.06.2025, 02:47
AZ EN
07.11.2023, 10:39 369

Ermənistanda eks-deputat həbs edilib

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin keçmiş üzvü, "Qayıdış" Fondunun sədri Araqats Axoyan həbs edilib.

Bu barədə "Sputnik Armenia"ya mənbə bildirib.

Ermənistan İstintaq Komitəsi eks-deputatın həbsinin səbəbini – onun sosial şəbəkədəki paylaşımı olduğunu açıqlayıb.

"İyunun 8-də Axoyan öz səhifəsində “ictimai zorakılığa çağırışlar səsləndirib”: söyüş söyərək, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasından sonra öldürülməli olanların siyahısını tərtib etməyə çağırıb", - məlumatda bildirilib.

Noyabrın 3-də Axoyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 330-cu maddəsi (zorakılığa açıq çağırış) ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə eks-deputat bir ay müddətinə həbs edilib. (APA)

Oxşar xəbərlər