Bu barədə Ermənistan KİV-i mənbələrə istinadən məlumat yayıb.
Monitorinqin nəticəsinə görə işdən çıxarmalar və ya istefaların ola biləcəyi istisna edilmir.
Qeyd olunur ki, hüquq-mühafizə orqanları Paşinyanın ziyarətinə ciddi hazırlaşırlar.
Qeyd edək ki, Paşinyan 2024-cü ilin noyabrında hökumətin iclasında hüquq-mühafizə orqanlarının işini tənqid edərək, ölkədəki cinayətkarlıq səviyyəsi ilə bağlı vəziyyətin onu qane etmədiyini, "səbrinin tükəndiyini" və müvafiq qərarlar qəbul edəcəyini bildirmişdi. Bundan sonra Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi, Dövlət Gəlirlər Komitəsi, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi rəhbərləri, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri, həmçinin Ali Məhkəmə Şurasının sədri istefa vermişdilər. (Report)