20.09.2024, 12:37
AZ EN
14.02.2024, 11:15 272

İrəvanda separatçı günü qeyd olunacaq

XƏBƏRLƏR
  • "Miasin" (birlikdə) hərakatı fevralın 20-də mitinq keçirəcək.

Bu barədə "Hraparak"a sözügedən separatçı dəstənin üzvü Narine Dilbəryan (?) açıqlama verib. O, deyib ki, 20 fevral "arsax könüllüləri" günüdür. Ona görə də toplaşıb öz sözümüzü deməli, baş nazir Nikol Paşinyanın istefasını tələb etməliyik. Hakimiyyət strukturunda da dəyişikliyə ehtiyac olduğunu deyən separatçı qadın ermənilərin fevralın 12 -dəki təxribatına Azərbaycan ordusunun cavabını da xatırladıb və yenə də erməni xislətini üzə çıxarıb. Deyib ki, Azərbaycan erməni dövlətçiliyinin məhv olması siyasəti aparır, Paşinyan və komandası isə nəyi necə edəcəyini düşünmək iqtidarında deyil. Bunu sübut edən sənədlərə malik olduğunu da açıqlayan Narine fevralın 20-dəki mitinqin taleyüklü olacağını xüsusi vurğulayıb.

Xatırladaq ki, "miasin" separatçı dəstəsi 1988-ci il fevralın 20-də İrəvanda yaradılıb və saqqallılardan ibarət bu quldur dəstələri soydaşlarımızın Qərbi Azərbaycandan silah gücünə qovulmasında xüsusi fəallıq göstərib.

N.Qaramanlı

Oxşar xəbərlər