18.04.2025, 12:31
AZ EN
26.06.2024, 17:14 336

Türkiyəli ekspert: Qərb Ermənistanı yeni müharibəyə təhrik edir

XƏBƏRLƏR
  • Qərb Ermənistanı müntəzəm şəkildə silahlandıraraq yeni müharibəyə təhrik edir.

Bunu “Haber7”ə açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin dosenti, siyasi analitik Oğuzhan Bilgin deyib.

“Qarabağ müharibəsindən zəfərlə çıxdıq, amma qarşımızda hələ də Ermənistanı silahlandıran Qərb var”, - o bildirib.

Analitikin sözlərinə görə, dünyanın müxtəlif regionlarında fərqli gərginlik ocaqları var: “Həyəcan siqnalı yuxarı həddədir. Hər addım böyük bir müharibəyə aparır”.

Ekspert onu da qeyd edib ki, Üçüncü Dünya müharibəsinin başlanması ehtimalı heç də az deyil. (Report)

Oxşar xəbərlər