Bəs, bu niyə belə olub? Bu sualın cavabını isə "Hraparak"ın özü aydınlaşdırmağa cəhd edərək yazıb ki, baş nazir Nikol Paşinyan Qərbə, Avropa ittifaqına üz tutduğuna görə Moskvanın qəzəbinə səbəb olub. Əlavə olunub ki, ona müxtəlif vasitələrlə düzgün etmədiyi barədə xəbərdarlıq edilsə də daim müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışıb və bu, bəzən alınıb da. Avropa İttifaqına üzvlüyünə qəbul edilməsi barədə layihənin parlamentdə müzakirəsi və Moskvanın buna sərt reaksiyasından sonra isə baş nazir Nikol Paşinyan bütün rəsmi strukturlara Moskva ilə münasibətlərin bərpasını tapşırsa da gözlənilən nəticənin alınmadığını qeyd edən agentlik əlavə edib ki, buna səbəb Paşinyanın göz yaşlarına Moskvanın inanmamasıdır.
Nəsib Qaramanlı