21.11.2024, 22:14
AZ EN
28.04.2024, 17:25 261

Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır

XƏBƏRLƏR
  • Ermənistanın Rusiya ilə dərin tarixi əlaqələri var, bu baxımdan RF-in Qafqazda maraqlarını pozmaq cəhdləri fəlakətlidir.

Bunu Ermənistanın Belçikadakı səfiri və Ermənistanın Avropa İttifaqındakı (Aİ) nümayəndəliyinin rəhbəri Tiqran Balayan ABŞ-nin “Politico” qəzetinə müsahibəsində deyib.

“Ermənistanın coğrafiyası o deməkdir ki, o, Rusiya ilə tarixən və praktiki olaraq o qədər əlaqələri var ki, yalnız xəyalpərəstlər Ermənistanın regionda Rusiyanın maraqlarını pozmağa cəhd edərək intihar addımı atacağını düşünə bilərlər”, – o deyib.

Diplomat vurğulayıb ki, Ermənistanın Aİ ilə sıx əlaqələri Rusiya ilə isti ikitərəfli münasibətləri istisna etmir və “biz bunu rusiyalı həmkarlarımıza izah etmək istəyirik”. (Report)

Oxşar xəbərlər