09.06.2025, 17:19
AZ EN
03.04.2024, 15:52 373

Xankəndidən köçdü, Dilicanda özünü öldürdü

XƏBƏRLƏR

"Lurer.com" xəbər verir ki, Xankəndidən köçdükdən sonra Dilican şəhərində məskunlaşan 33 yaşlı Xaçik bu gün saat 11.30-da üstündə gəzdirdiyi "Makarov" tipli tapança ilə öncə həmin şəhərdəki "Motal sentr" də işləyən  37 yaşlı baldızı  Merini başından ölümcül yaralayıb, sonra isə özünü öldürüb. Şahidlər olay yerinə gələn polislərə bildiriblər ki, Xaçik baldızına qışqıraraq onun ailə işlərinə müdaxilə etməməyi tələb edib. Baldızının cavabından qəzəblənərək cibindən tapança çıxararaq ona atəş açıb. Baldızının öldüyünü zənn etdiyinə görə özü öz başına atəş açıb və dərhal keçinib. Əməliyyatçıların dəqiqləşdirdiyinə görə, həmin gənc Xankəndidən köçməzdən öncə separatçı rejimin "təhlükəsizlik xidmətində" işləyib.

Agentlik əlavə edib ki, hazırda cinayətlə bağlı əməliyyat istintaq işləri aparılır.

N.Qaramanlı

Oxşar xəbərlər