15.01.2026, 00:29
AZ EN
14.01.2026, 11:52 212

Ermənistan XİN: Vaşinqtonda Rusiya və Türkiyənin TRIPP layihəsində iştirakı müzakirə edilməyib

XƏBƏRLƏR
  • Rusiya və Türkiyənin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsində iştirakı Vaşinqtonda müzakirə edilməyib.

Bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib.

O qeyd edib ki, Türkiyənin layihədə mümkün iştirakı məsələsi müzakirə olunmayıb, çünki TRIPP Ermənistan-ABŞ birgə biznes layihəsidir. Lakin aydındır ki, kommunikasiyalar açıldıqdan sonra Türkiyə tərəfinin iştirakı olmadan irimiqyaslı logistik keçidi təmin etmək mümkün olmayacaq.

"Gümrü-Qars dəmir yolu olmadan yüklərin Türkiyə ərazisi vasitəsilə Avropaya çatması mümkün olmayacaq. Məntiqi olaraq, Türkiyə kommunikasiyaların bir hissəsi olacaq, lakin konkret olaraq TRIPP vasitəsilə yox, bəlkə də TRIPP-in davamı kimi", - nazir hesab edir.

Nazirin sözlərinə görə, hazırda Türkiyə ilə kommunikasiyaların açılması ilə bağlı danışıqlar aparılır. O, danışıqların yaxın gələcəkdə nəticə verəcəyinə ümidvar olduğunu deyib.

A.Mirzoyan qeyd edib ki, Rusiyanın layihə ilə əməkdaşlıq imkanları ola bilər, lakin layihədə birbaşa iştirakı müzakirə edilmir. "Rusiya Ermənistan ərazisində müxtəlif infrastrukturlarda, məsələn, dəmir yollarında iştirak edir. Bu, Rusiya üçün TRIPP ilə əlaqə, əməkdaşlıq imkanları yarada bilər", - o deyib.

Qeyd edək ki, A.Mirzoyan yanvarın 13-14-də Vaşinqtonda səfərdə olub. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR