16.12.2024, 15:45
AZ EN
16.12.2024, 10:45 210

Qarabağdan köçən ailə peşman olub

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, Qarabağdan Rusiya Federasiyasına köçən Zarine Yeritsyan dekabrın 15-də İrəvana gələrkən "Zvartnos" aeroportunda saxlanılıb.

Onun həyat yoldaşı analitik Roman Yeritsyan olayla bağlı açıqlama verərkən bildirib ki, Zarine 2023-cü ilin sentyabrında Ermənistanın hökumət binası önündə etiraz aksiyası keçirənlər sırasında olub, sonra isə başqa həmyerliləri ilə birlikdə Rusiyaya yaşamağa gedib. O, babasının anım mərasimində iştirak etmək üçün İrəvana gələrkən aeroportda bilib ki, barəsində Ermənistan cinayət məcəlləsinin 327-ci maddəsi ilə (sosial şəbəkədə qanunsuz fəaliyyət) cinayət işi açılıb və axtarışa verilib.

Qadın həbs edilərək dərhal məhkəməyə aparılıb və burada da barəsində həbs qərarı çıxarılıb. Olayla bağlı dərhal vəsatət qaldırılıb və apelyasiya məhkəməsi həbs qəti imkan qərarını istintaq yekunlaşanadək ölkəni tərk etməmək qərarı ilə əvəzləyib.

Roman Yeritsyan bildirib ki, bu qanunsuzluqdur və həyat yoldaşı vaxtında geri qayıda bilməyəcəyinə görə Rusiyada öz işini itirəcəkdir. O, sonda əlavə edib ki, belə yaşamaqdansa Xankəndidə qalmaq daha düzgün olardı. Amma, el məsəlində deyildiyi kimi, sonrakı peşmançılıq fayda verməz.

N.Qaramanlı

Oxşar xəbərlər