06.02.2025, 16:06
AZ EN
06.02.2025, 11:32 208

Hay baş redaktor real Hayastandan narazılıq edir

XƏBƏRLƏR
  • "Hraparak"ın baş redaktoru Armine Ohanyanın "Əsl Hayastan budur" başlıqlı köşə yazısında göstərilib ki, 2018-ci ilədək haylar o qədər də həmrəy və xoşbəxt deyildilər.

"Amma 2018-ci ildən sonra birlikdən, həmrəyliyin əsər-əlamət qalmayıb", - deyə baş redaktor hazırkı iqtidarın öz səriştəsizliyini ört-basdır etməkdən ötrü sabiqlərin səhvlərini qabartdıqlarını, bütün sahələrdə tənəzzülün baş alıb getdiyini, Ermənistan-diaspor, varlı-kasıb, şəhər-kənd ayrı seçkiliyinin özünü daim göstərdiyini və s. mənfilikləri konkret faktlarla vurğulayıb. Onun fikrincə, bu proses daha da dərinləşəcək və real Hayastan yalnız ölü Hayastan olacaqdır.

Bir daha xatırladaq ki, yazı üslubuna görə bütün hay yazarlardan seçilən Armine Ohanyan vaxtilə Nikol Paşinyanla eyni qəzetdə işləyib və parlamentin sədri Alen Simonyanın qaynanası olduğuna görə "müxalif qaynana" ləqəbi daşıyır.

N.Qaramanlı

Oxşar xəbərlər