22.11.2024, 10:05
AZ EN
07.09.2023, 11:45 559

Nikol Paşinyan müharibə istəyir

XƏBƏRLƏR

Erməni politoloq Suren Zolyan "Hraparak"ın bu günkü sayında dərc olunmuş "Nikol Paşinyan sülh şərtlərini müharibə yolu ilə həyata keçirməyə cəhd edir" başlıqlı məqaləsində iddia edir ki, Prezident İlham Əliyev, baş nazir Nikol Paşinyan və Avropa İttifaqının rəhbəri Şarl Mişelin razılaşmasına görə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Azərbaycanın istəyinə uyğun imzalanacaq. Amma bu, müharibəsiz mümkün olmayacaq. Ona görə də Paşinyan öz öhdəliyinə uyğun olaraq hərbi müttəfiqi hesab edilən Rusiyanı İtaliya jurnalistinə verdiyi müsahibədə tənqid edib və onun bölgədən çıxacağı anonsunu verib. Buna qədərsə Ermənistan parlamenti Avropa Ədalət məhkəməsinin Putinlə bağlı qərarını ratifikasiya edib.

Ermənistanın Göyçə, Zəngəzur, Dərələyəz bölgələrinə, həmçinin rus sülhməramlılarının nəzarətində olan yerlərə ağır hərbi texnika yığmasının da razılaşdırılmış olay olduğunu vurğulayan politoloq əlavə edib ki, Anna Hakopyanın Kiyevdə keçirilən tədbirə humanitar yardım aparması da xüsusilə indiki Rusiya-Ukrayna müharibəsində ruslara dirsək göstərilməsini isbatlayır. Moskvanın Paşinyanın və erməni spikerin ünvanına tənqidlər səsləndirməsini də soyuyan münasibətlərin nümunəsi olduğunu xatırladan Suren Zolyan hesab edir ki, 2020-ci ildəki müharibə də məhz Paşinyanın istəyi ilə başlamışdı. Növbəti müharibə olacağını və Azərbaycanın öz istəyinə çatacağını bildirən politoloq əmindir ki, Ermənistan hakimiyyəti sülh müqaviləsi imzalamaq üçün növbəti məğlubiyyətə gedəcək.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR