20.10.2024, 12:30
AZ EN
11.04.2023, 15:48 241

Terrorçuların qohumları yolu kəsib

XƏBƏRLƏR
  • Erməni mətbuatı xəbər verir ki, hazırda Ağbaba (ermənilər Şirak adlandırır) mahalında gərginlik hökm sürür. Bakıda həbsdə olan terrorçuların valideynləri və qohumları Gümrüyə gedən magistral yolu bağlayaraq hökumətdən doğmalarının qaytarılmasını tələb edirlər. Aksiya iştirakçılarından biri jurnalistlərə açıqlama verib və bildirib ki, ötən həftə İrəvanda xarici işlər naziri ilə görüşməyi xahiş ediblər.

Amma nəinki ki, görüşə söz veriblər, əksinə onlarla danışmaq belə istəməyiblər. "Hər dəfə başımızın altına yastıq qoyurlar....amma bu dəfə uşaqlarımız gələnədək yolu açan deyilik", - deyə onlardan biri əlavə edib ki, oğlumla son dəfə iki ay qabaq danışmışam.

Jurnalist əlavə edib ki, Bakıdakı  həbsxanada 26 şiraklı var və onlar 2020-ci ilin noyabrında (28 noyabrda - red.) Qarabağda ələ keçiblər.

Nəsib 

Oxşar xəbərlər