Macarıstanın müdafiə naziri Kristof Sayal-Bobrovniçin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda işgüzar səfərdə olması və Azərbaycanın müdafiə naziri Zakir Həsənova görüşdə tərəfləri maraqlandıran məsələlərin müzakirə edilməsi, "Hraparak"ın verdiyi xəbərə görə erməni cəmiyyətində bədbinliklə qarşılanıb. Xatırladılır ki, Azərbaycan zabiti Macarıstanda erməni zabitini balta ilə gəbərtdikdən sonra uzunmüddətli həbs cəzasına məhkum edilsə də, o, az müddətdən sonra Azərbaycana təhvil verilmişdi. Azərbaycanda isə o, qəhrəman kimi qarşılanaraq həm sərbəst buraxılmışdı, həm də ordenləri təltif edilmişdi.
Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda iştirakını da xatırladan erməni mediasında bu görüşün ermənilər üçün yeni fəlakət olacağı kimi sərsəm proqnozlar da verilib.
Nəsib