Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 15-ci Səfirlər Konfransında çıxışında deyib.
O, Türkiyənin digər regional proseslərə müsbət təsir göstərməyə davam edəcəyini söyləyib.
Ərdoğan qeyd edib ki, Türkiyə üçün Suriya ilə yanaşı, İraqın da ərazi bütövlüyü və suverenliyi vacibdir.
"Qəzzadakı qan dəryasının artıq bitməsini istəyirik. Bunun üçün hər şey etməyə hazırıq", - Türkiyə lideri əlavə edib. (Report)